Yanacaq qatqılarının avtomobilə təsiri varmı? – VİDEO
Yanacaq qatqılarının avtomobilə təsiri varmı? – VİDEO
“Oktan ədədini artırır, avtomobilin mühərrikinin iş prinsipini daha da yaxşılaşdırır”.
Xezerxeber.az-ın məlumatına görə, bu kimi sözlərlə demək olar ki, istənilən sürücü ən çox da yanacaqdoldurma məntəqələrində rastlaşır.
Sürücülərə yaxınlaşan yanacaqdoldurma məntəqələrinin işçiləri müxtəlif qiymətlərə olan yanacaq qatqılarını təklif edirlər. Bəs belə qatqıların yanacağın keyfiyyətinə təsiri varmı?
Avtomobil ustası Sahil Ağabəyli deyir ki, bəzi sürücülər istehsalçı zavodun tələbinə uyğun yanacaqdan istifadə etmirlər. Onun sözlərinə görə, “Avro-4” və “Avro-5” standartlı avtomobillərdə “Aİ-95” yanacağından istifadə edilməlidir. Bəs “Aİ-92” yanacağından istifadə edən sürücülər oktan ədədini artırmaq üçün qatqıdan istifadə edə bilərlərmi?
Avtomobil ustası hesab edir ki, bu cür qatqılar hətta dizel mühərrikli avtomobillər üçün də xeyirlidir.
Ustanın sözlərinə görə, qatqıdan istifadə edilən avtomobilin yanacaq sistemi, şamları, qapayıcı və çiləyiciləri də uzunömürlü ola bilər.
Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik: