ABŞ-nin qisas üçün növbəti hədəfi açıqlandı
ABŞ İordaniyadakı hərbi bazalarına hücuma cavab olaraq Yəməndəki hədəflərə növbəti zərbələr endirməyi planlaşdırır.
Bu barədə “Politico” iki amerikalı rəsmiyə istinadən məlumat yayıb.
“Daha çox hücumlar gözlənilir. Növbəti hədəflər Yəməndə olacaq”, – deyə rəsmilər qeyd ediblər.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələri İordaniyadakı bazalarına dron hücumuna cavab olaraq İraq və Suriyada 85-dən çox hədəfə hücum edib. Zərbələr pilotsuz təyyarələrlə komanda-nəzarət məntəqələrinə, kəşfiyyat mərkəzlərinə və anbarlara endirilib.
Pentaqon rəhbəri Lloyd Ostin bundan əvvəl bildirmişdi ki, İordaniyadakı ABŞ bazasına hücumdan sonra Vaşinqtonun İraq və Suriyadakı hədəflərə zərbələr endirməsi cavab tədbirlərinin yalnız başlanğıcıdır.