Rusiyada MMA döyüşçüsü saxlanıldı
Moskvada MMA döyüşçüsü və bloqer Hacı Xanmaqomedov Rusiya paytaxtında “Qafqaz icması” yaratmağı təklif edib. Lakin 24 saat keçməmiş o, polis tərəfindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.
“Qafqaz icmasını yaratmaq ideyamız var. Orada dağstanlılar, çeçenlər, inquşlar – bütün qafqazlılar olacaq və biz bu insanlara kömək edəcəyik. Əgər nəsə olarsa, hər hansı bir münaqişə yaranarsa, sırf dinc yolla birlikdə həll edəcəyik”, – deyə döyüşçü öz səhifəsində yerləşdirdiyi videosunda bildirib.
Videoda o, “Rus icması”nın mövcudluğunu da xatırladıb.