Qarabağdakı separatçıların rəhbəri “istefa” verir
Qarabağdakı qondarma separatçı qurumun “rəhbəri” Arayik Arutyunyan sabah “istefa” verəcəyini açıqlayıb.
O, bununla bağlı özünün sosial şəbəkədəki hesabında məlumat verib.
Arutyunyan bildirib ki, “istefa” məktubunu sabah “xalq”a və “parlament”ə təqdim edəcək.
A.Arutyunyan 2020-ci il may ayının 21-dən terrorçu-separatçılara rəhbərlik edirdi.