Nika Şengeliya: “Fransa və Avropa məsələnin tez zamanda sülhlə sonlanmasına imkan verməyəcək”
Nika Şengeliya: “Fransa və Avropa məsələnin tez zamanda sülhlə sonlanmasına imkan verməyəcək”
“Cənubi Qafqaz Fransa və Avropanın maraq dairəsindədir”.
Bu sözləri gürcüstanlı iqtisadçı, Beynəlxalq Proqnozlaşdırma və Tədqiqatlar Mərkəzinin vitse-prezidenti Nika Şengeliya Cənubi Qafqaz regionunda vəziyyət barədə Oxu.Az-a şərh verərkən deyib.
Azərbaycan-Ermənistan məsələsinin nizamlanması və sülh müqaviləsinin imzalana biləcəyi ilə bağlı fikirlərini bildirən iqtisadçı yaxın zamanda belə bir perspektiv görmədiyini bildirib.
“2024-cü ilin yaz mövsümünün sonundan əvvəl belə bir perspektiv görmürəm. Hazırda burada Fransa və Avropanın təsiri çox nəzərə çarpır ki, Cənubi Qafqaz onların maraq dairəsindədir. Onlar məsələnin tez zamanda sülhlə sonlanmasına imkan verməyəcəklər. Yeri gəlmişkən, ABŞ daha neytraldır və danışıqlar zamanı heç bir tərəfin mövqeyindən çıxış etmir”, – deyə Nika Şengeliya qeyd edib.
“Hesab edirəm ki, bizim regionda vəziyyət daha da gərginləşə bilər. Qərb öz sülhməramlılarının Qarabağda yerləşməsində maraqlıdır. Bunun üçün isə orada vəziyyət qızğın nöqtəyə gəlib çatmalıdır. Və prinsipcə, gördüyünüz kimi, gərginlik artır”, – deyə o əlavə edib.
İqtisadçının sözlərinə görə, həmçinin Azərbaycan və Türkiyə arasında dostluq amili var ki, bu, parçalanmazdır. “Amma Qərbin maraqları var, ona görə də mən narahatam ki, burada toqquşmalar, hətta hərbi əməliyyatlar da ola bilər. Mən səmimi qəlbdən ümid edirəm ki, belə bir ssenarinin qarşısını almaq hələ də mümkündür, çünki bizim hamımızın Cənubi Qafqazda sülhün bərqərar olmasına ehtiyacımız var”, – deyə Nika Şengeliya vurğulayıb.
Nair Əliyev