Gəncədə avtomobillər toqquşdu, piyada öldü
Gəncədə avtomobillər toqquşdu, piyada öldü
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Səfər İbrahim oğlu Hüseynovun idarə etdiyi “KIA Ceed” avtomobili ilə 1967-ci il təvəllüdlü Malik Mirzə oğlu İsmayılovun idarə etdiyi “Toyota Prius” avtomobili toqquşub. Avtomobillərdən biri yolu keçən piyada, 1983-cü il təvəllüdlü Firuzə Yusif qızı Babayevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.