Bu il ən yüksək keçid balı hansı ixtisas üzrə olub?
Ali məktəblərə builki qəbul imtahanlarının nəticələri açıqlanandan sonra Azərbaycandakı universitetlər arasında ən yüksək keçid balının hansı ixtisasda olduğu müəyyənləşib.
Bu il ən yüksək keçid balı Bakı Ali Neft Məktəbinin (BANM) informasiya təhlükəsizliyi (dövlət sifarişli) ixtisasında olub – 673 bal.
Bakı Ali Neft Məktəbi illərdir ki, bu sahədə liderliyini qoruyub-saxlayır.
Ümumiyyətlə, BANM-in dövlət sifarişli ixtisaslarına builki keçid balları digər ali məktəblərlə müqayisədə yüksək olub:
İnformasiya təhlükəsizliyi – 673,3
Kompüter mühəndisliyi – 659,7
Proseslərin avtomatlaşdırılması mühəndisliyi – 635,6
Kimya mühəndisliyi – 646,5
Neft-qaz mühəndisliyi – 621
Biznesin idarə edilməsi – 640.