Masallıda sərxoş vəziyyətdə arvadını döyən kişi həbs edildi
Masallı rayonunda arvadını döyən 45 yaşlı kişi həbs edilib.
Aztime.az-ın məlumatına görə, hadisə rayonun Banbaşı kəndində baş verib.
Kənd sakini, 1980-ci il təvəllüdlü Əli Ağayev (soyad şərtidir) spirtli içki aludəçisi olduğundan ailəsində tez-tez mübahisələr yaşanmağa başlayıb. O, dəfələrlə evə içkili vəziyyətdə gələrək arvadı ilə mübahisə edib, onu təhqir edib.
Bir neçə gün öncə isə Əli yenidən spirtli içki qəbul edərək kənd ərazisindəki yolun kənarında uzanıb. Bu barədə onun həyat yoldaşı məlumat alıb və həmin əraziyə gedərək Əlini küçədə danlayıb, onu öz qardaşları ilə hədələyib.
Arvadının bu hərəkətindən əsəbiləşən sərxoş kişi evə gəlib və yenidən arvadı ilə mübahisə edib. Mübahisə nəticəsində o, həyat yoldaşının saçından tutaraq həyətdə sürüyüb, bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirib.
Qadın məsələ ilə bağlı polisə məlumat verib. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Masallı Rayon Məhkəməsində keçirilən prosesdə qadın ərinin həbs edilməsini istəyib. Məhkəmənin hökmü ilə Əli Ağayev barəsində 4 aylıq həbs qərarı çıxarılıb və o, məhkəmə zalında həbs edilib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.