Güclü külək Sahara qumunu Almaniyaya gətirdi
Güclü külək Sahara qumunu Almaniyaya gətirdi
Almaniya, Slovakiya, Çexiya və İsveçrə sakinləri bu ölkələr üçün qeyri-adi bir fenomeni – havada narıncı qum tozunu müşahidə ediblər.
Məlum olub ki, güclü külək Saharadan Mərkəzi Avropaya qum gətirib.
Bu barədə Slovakiya Hidrometeorologiya İnstitutu öz sosial şəbəkə səhifəsində məlumat verib.
Mütəxəssislər qeyd ediblər ki, narın qum atmosferin yuxarı və aşağı təbəqələrində mövcuddur.
Bu fenomen Afrika səhrasındakı güclü fırtınalarla əlaqələndirilib.