İran-Azərbaycan sərhədində saxlanılanlar var
Mart ayının 31-də saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Aruz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçməyə cəhd göstərən 2 (iki) nəfər saxlanılmışlar.
Bu barədə “Aztime.az“ DSX-yə istinadən məlumat verir.
Araşdırma zamanı saxlanılan şəxslərin 1992-ci il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Rəcəbi Cavad Rəcəb oğlu və 1994-cü il təvəllüdlü Əfqanıstan Respublikası vətəndaşı Elmiddin Əhmədşah Nurullah oğlu olmaları müəyyən edilmişdir.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.