Gənc müğənni Ayla Şiriyeva qəzaya düşdü: Vəziyyəti ağırdır
Gənc müğənni Ayla Şiriyeva (Aila Rai) avtomobil qəzası keçirib.
Oxu.Az-ın məlumatına görə, müğənni Şahdağdan qayıdarkən yolda ağır qəzaya uğrayıb.
Sumqayıt Tibb Mərkəzində reanimasiya şöbəsinə yerləşdirilən ifaçı bu gün “Baku City Hospital” köçürülüb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.