ABŞ araşdırmaya başladı: “DeepSeek” Çində satışı qadağan olunmuş çiplərdən istifadə edib?
ABŞ hakimiyyəti Çinin “DeepSeek” startapının Sinqapurdakı vasitəçilərin köməyi ilə ABŞ sanksiyalarını pozaraq “Nvidia”nın qabaqcıl çiplərini əldə etməsi barədə məlumatı araşdırır.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən xəbər verir.
Bildirilib ki, “DeepSeek” Çində satışı qadağan olunmuş çipləri almaq üçün Cənub-Şərqi Asiyadakı vasitəçilərdən istifadə edə bilərdi.
Qeyd edək ki, “DeepSeek” yanvarın 20-də “R1” çat-botunun yeni versiyasını buraxıb. Bunun ABŞ-nin “OpenAI” şirkətinin qabaqcıl “ChatGPT” versiyasından üstün olduğu iddia edilir. Ekspertlər qeyd ediblər ki, Çinin çat-botunun tərtibatçıları “OpenAI”dan xeyli az vəsait xərcləyiblər. Bazarlar yeniliyə sərt reaksiya verib: ABŞ-nin “Nasdaq” texnoloji indeksi ticarətdə 3%-dən çox azalıb, “OpenAI” üçün bahalı çip təchizatçısı olan “Nvidia” şirkətinin səhmləri 16.86% ucuzlaşıb.