Bakı-Qazax yolunda UZUN TIXAC
Bakı-Qazax yolunda uzun tıxac müşahidə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntülər paylaşılıb.
Tıxacın Bakı Kənar Dairəvi yolun 6-cı kilometrində uçqun təhlükəsi ilə bağlı olduğu və sürücülərin bu istiqamətdə fasilələrlə buraxıldığı bildirilir.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, oktyabrın 28-də Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçaları uçaraq Bakı Kənar Dairəvi yoluna tökülüb.
Rəsmi qurumlar bu istiqamətdə avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə ərazidə icra olunan tədbirlər bitənə kimi Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkətinin fasilələrlə məhdudlaşdırıla biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Əzizə İsmayılova