Türkiyə Superliqası: “Beşiktaş” üç xalı üç qolla qazandı
Türkiyə Superliqasının 7-ci turunda liderlər qrupunda yer alan “Beşiktaş” Kayseridə yerli komandanın qonağı olub.
Oxu.Az xəbər verir ki, oyunda əsas hadisələr ikinci hissədə cərəyan edib.
Matçın 56-cı dəqiqəsində Fernandes hesabı açaraq “qara qartallar”ı önə çıxarıb. 78-ci dəqiqədə İmmobile penaltini dəqiq yerinə yetirərək fərqi artırıb. 90+1-ci dəqiqədə isə italiyalı dubla imza ataraq yekun hesabı müəyyənləşdirib – 0:3.
Qeyd edək ki, bu nəticədən sonra İstanbul klubu 6 oyundan 16 xal toplayaraq ilk üçlüyü qapayır. “Kayserispor” isə cəmi 3 xalla autsayderlər qrupunda – 17-ci pillədə yer alır.
Türkiyə Superliqası: “Beşiktaş” üç xalı üç qolla qazandı
Türkiyə Superliqası: “Beşiktaş” üç xalı üç qolla qazandı