İranda bir gündə iki dəfə polis məntəqəsinə hücum olub
Ötən gecə Sistan və Bəlucistan əyalətinin İranşəhr bölgəsində silahlı şəxslər polis məntəqəsinə basqın ediblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı İran mediasına istinadla xəbər verib.
Bildirilir ki, hücuma görə məsuliyyəti “Ceyş əl-Ədl” bəluc silahlı qruplaşması öz üzərinə götürüb.
Ölən və yaralananlar barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, dünən Zahidan şəhərində daha bir polis məntəqəsinə silahlı basqın həyata keçirilib. Hücum nəticəsində polislər arasında ölən və yaralananlar var. Onların sayı açıqlanmayıb.