BTS-də qalmaqal: “K-pop” ulduzu məhkəməlik oldu
Cənubi Koreya məhkəməsi BTS pop-qrupunun üzvü “Suga”nı (Min Yun Gi), elektrik skuteri sərxoş vəziyyətdə idarə etdiyinə görə 11 400 dollar məbləğində cərimələyib.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi hüquq dairələrindəki mənbələrə istinadən xəbər verib.
Sentyabrın 10-da prokurorluq artistə qarşı sürətləndirilmiş məhkəmə proseduru çərçivəsində ittiham irəli sürüb ki, bu da adətən, xətalara qarşı tətbiq olunur. Bu yanaşmada məhkəməyə cərimə tətbiq etmək xahişi göndərilir.
Min Yun Ginin hökmə etiraz etmək üçün bir həftə vaxtı var.
Qeyd edək ki, polis 31 yaşlı ifaçını Seulun mərkəzi rayonlarından birində küçədə aşkar edib. O, elektrik skuterindən yıxıldıqdan sonra ayağa qalxmağa çalışırmış. Araşdırma zamanı onun qanında alkoqolun miqdarının 0.227% təşkil etdiyi müəyyənləşib. Ölkə qanunlarına görə, 0.08% səviyyəsi sürücülük vəsiqəsindən məhrum edilmək üçün hüquqi əsas yaradır.
Qeyd edək ki, qrup 2013-cü ildən yaranmasına baxmayaraq, bu müddət ərzində çox şeyə nail olub: Klipləri bir gündə baxış sayına görə dəfələrlə rekord qırıb, “Dynamite” mahnıları Cənubi Koreyaya 1,5 milyard dollara (2,5 milyard manat) qədər gəlir gətirib, bu səbəbdən “K-pop” (Koreya pop-musiqisi – red.) məktəb proqramlarına salınıb. Bundan başqa, BTS 2021-ci ilin artistləri seçilib.
BTS-də qalmaqal: “K-pop” ulduzu məhkəməlik oldu