Yaponiyada “Fukusima” Atom Elektrik Stansiyasının işçiləri təxliyə edildilər
Yaponiyadakı “Fukusima” Atom Elektrik Stansiyasının (AES) bütün heyəti sunami xəbərdarlığı səbəbindən təxliyə edilib.
Aztime.az-ın xəbərinə görə, bu barədə “Tokyo Electric Power Company, Incorporated” (TEPCO) şirkətinin “X” sosial şəbəkəsində məlumat verilib.
“Biz təsdiq etdik ki, “Fukusima-dayiti” və “Fukusima-dayni” AES-in bütün personalı daha yüksək ərazilərə təxliyə edilib və hazırda itkilər barədə məlumat yoxdur”, – deyə məlumatda bildirilib.
Həmçinin qeyd edilib ki, stansiya ALPS təmizlənmiş suyun axıdılmasını dayandırıb.
Şirkət hər iki AES-in avadanlığının istismarında və iş parametrlərində normadankənar halların olmadığını bildirib.
Qeyd edək ki, iyulun 30-da yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 03:24 – red.) Kamçatka yaxınlığında Sakit okeanda maqnitudası təxminən 8.7 olan zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 32 km dərinlikdə yerləşib. Bu, 1952-ci ildən bəri regionda ən güclü zəlzələdir. Onun ardınca hündürlüyü dörd metrə çatan sunami dalğaları baş verib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.