Türkiyə səhəri zəlzələ ilə açdı
Türkiyənin Konya şəhərində 4.3 bal gücündə zəlzələ baş verib.
Aztime.az xəbər verir ki, bu barədə Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ ocağı şəhərin Ilgın rayonunda, yerin 15.6 kilometr dərinliyində olub.
Dağıntı və insan itkisi ilə bağlı hələlik heç bir məlumat yoxdur.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.