Kamçatkada 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib
Kamçatkada baş vermiş 8.7 maqnitudalı zəlzələdən sonra 50-dən çox afterşok qeydə alınıb.
Aztime.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kamçatka filialının Geofizika Xidmətindən məlumat verilib.Kamçatka yarımadasında baş verən güclü zəlzələdən sonra yaranan sunami dalğaları ABŞ-nin Kaliforniya ştatının sahil ərazilərinə çatıb.
Aztime.az xəbər verir ki, bu barədə ABŞ-nin Milli Meteorologiya Xidməti məlumat yayıb.
“Kaliforniya ştatındakı Arena-Kov çimərliyində qabarma göstəricilərinə əsasən, sunami hazırda sahilboyu hərəkət edir”, – deyə bildirişdə vurğulanıb.
Qeyd edək ki, sunami dalğaları Havay adalarının sahillərini də vurub.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.