Azərbaycanlı hakim UEFA Superkubokuna təyinat aldı
FIFA referisi Elçin Məsiyev UEFA Superkubokuna təyinat alıb.
Aztime.az xəbər verir ki, o, PSJ (Fransa) – “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq.
Oyunu portuqaliyalı Joan Pedro Silva Pineyro idarə edəcək. Görüş avqustun 13-də İtaliyanın Udine şəhərində yerləşən “Fruili” stadionunda keçiriləcək.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.