Bakıda 9 mərtəbəli binanın damında qısqanclıq zəminində bıçaqlanma olub
Bakıda 9 mərtəbəli binanın damında qısqanclıq zəminində bıçaqlanma olub
Bakıda bıçaqlanma olub.
APA xəbər verir ki, hadisə Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Elvin Səxavət oğlu Cavadov qısqanclıq zəminində aralarında yaranmış mübahisə nəticəsində 9 mərtəbəli binanın damında tanışı Rəfail Əhmədovu bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanılıb, Elvin Cavadov saxlanılıb.