“Lester” “Mançester Siti”ni geridə qoyaraq rekorda imza atdı
“Lester” “Mançester Siti”ni geridə qoyaraq rekorda imza atdı
İngiltərə Çempionşipində cari mövsümün başa çatmasına bir tur qalmış 97 xalla çempionluğu təmin edən “Lester” komandası rekorda imza atıb.
Məlumata görə, “tülkülər” 8-ci dəfə aşağı liqanın qalibi olmaqla, daha əvvəl yeddi dəfə bu uğuru qazanan “Mançester Siti”ni üstələyiblər.
Qeyd edək ki, “Lester” birillik fasilədən sonra Premyer Liqaya vəsiqə qazanıb.
Mənbə: footballhd.ru