Əri tərəfindən başı kəsilən Sevinc üç yaşlı qızının gözü qarşısında qətlə yetirilib – YENİLƏNİB + FOTO/VİDEO
Əri tərəfindən başı kəsilən Sevinc üç yaşlı qızının gözü qarşısında qətlə yetirilib – YENİLƏNİB + FOTO/VİDEO
Xırdalanda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, həyat yoldaşını qətlə yetirən şəxs Oğuz rayonunun Yemişənli kəndindəndir.
Laçın Əhmədağayev uzun illər Rusiyanın Norilsk şəhərində yaşayıb.
Məlumata görə, L.Əhmədağayev öz qardaşı ilə mübahisə edib. Qətlə yetirilən Sevincin qaynı arvadı isə ona yoldaşının onların evinə gələrək söz-söhbət saldığını deyib.
Sevinc də yaxşılıq etmək məqsədi ilə yoldaşına qardaşının işinə qarışmamasını söyləyib. Bundan hiddətlənən kişi arvadının başını kəsib.
Qeyd edək ki, sözügedən hadisənin cütlüyün üç yaşlı övladının gözü qarşısında baş verdiyi deyilir. Sevinc Əhmədağayeva bu gün Oğuz rayonunda dəfn olunub.
19:04
Abşeron rayonunun Xırdalan şəhəri, Nəsibə Zeynalova küçəsində qətl hadisəsi baş verib.
48 yaşlı Sevinc Əhmədağayevanın 50 yaşlı həyat yoldaşı Laçın Əhmədağayev tərəfindən öldürüldüyü bildirilib.
Mərhumun qonşusunun sözlərinə görə, cütlük arasında indiyədək heç bir söz-söhbət olmayıb:
“Laçının arvadını qətlə yetirməsini eşidəndə şoka düşdüm. Beş ilə yaxındır burada olurlar, heç vaxt mübahisə etdiklərini görməmişəm. Çox sakit gəlin idi. Yoldaşı da pis deyildi. Qızlarının üç yaşı olacaq. Belə dedilər ki, başı kəsilib”.
Qeyd edək ki, faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Laçın Əhmədağayev şübhəli şəxs qismində tutulub.
Ətraflı Baku TV-nin süjetində:
09:52
Aprelin 28-də saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1976-cı il təvəllüdlü Sevinc Əhmədağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Oxu.Az-a Abşeron Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı 1974-cü il təvəllüdlü Laçın Əhmədağayevin yaşadıqları evdə arvadı Sevinc Əhmədağayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Laçın Əhmədağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Aytac Qasımova