Laçında bu ərazilər nəzarətə götürüldü
Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar nəzarətə götürülüb.
“Aztime.az“ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda həmçinin sərhədboyu geniş sahələrin nəzarətə götürüldüyü qeyd edilib.