Almaniya yeni miqrant cəlb etməyə hazırlaşır
Almaniya Balkan ölkələrindən işçi qüvvəsi cəlb etmək üçün islahat həyata keçirəcək.
“Aztime.az“ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Almaniya Aİ üzvü olmayan işçilərin sayını ildə 60 min artırmaq üçün immiqrasiya qanununda islahatlar aparır. Kansler Olaf Şolts hökuməti qarşısına Avropanın ən böyük iqtisadiyyatında işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq məqsədi qoyub. Almaniyanın əmək naziri Hubertus Hayl ixtisaslı işçi qüvvəsini təmin etməyin Almaniyanın qarşıdakı onilliklər üçün ən böyük iqtisadi problemlərindən biri olduğunu deyib.