Qarabağa qarşı səfər matçında məğlub olmaq istəmirik
“Qarabağ”a qarşı səfər matçında məğlub olmaq istəmirik”.
Aztime.az xəbər verir ki, bunu İrlandiyanın “Şelburn” klubunun baş məşqçisi Coy O’Brayen UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında deyib.
“Sabahkı oyuna normal şəkildə hazırlaşmışıq. Komandama inanıram. Qarşılaşmadan zövq almağa çalışacağıq və istəyirik ki, nəticə bizim xeyrimizə olsun. Daha əvvəl də çoxsaylı azarkeşlər qarşısında oynamışıq. Buradakı atmosfer bizi qorxutmur. Doğma meydanda 3:0 hesabı ilə uduzmağımız “Qarabağ”ın mütləq növbəti mərhələyə keçəcəyi anlamına gəlmir. Bu futboldur, hər şey mümkündür”, – deyə o bildirib.
Qeyd edək ki, “Qarabağ” – “Şelburn” qarşılaşması iyulun 30-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Dublində oynanılan ilk görüşdə Qurban Qurbanovun komandası 3:0 hesabı ilə qalib gəlib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.