Niderlandla İsrail arasında diplomatik qalmaqal yaranıb
Niderlandın İsraildəki səfiri Marriet Şurman İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.
Aztime.az bu barədə İsrail KİV-ə istinadən məlumat yayıb.
Bildirilib ki, diplomata Niderland hökumətinin son qərarı ilə bağlı etiraz bildirilib.
Xatırladaq ki, ötən gün Niderland İsrailin maliyyə naziri Betsalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə ölkəyə giriş qadağası qoyub.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.