NATO Putinə təzyiqi artırır
Şimali Atlantika Alyansı (NATO) Rusiya lideri Vladimir Putinə təzyiqi artırır.
Aztime.az “Bloomberg”ə istinadən xəbər verir ki, alyans ölkələri təzyiqləri artırmaqdadır.
Nəşr bildirir ki, bu, ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna məsələsi üzrə taktikasının dəyişməsi ilə bağlıdır.
Belə ki, əvvəlcə Ağ Ev rəhbəri Ukrayna Prezidenti Volodimir Zelenskiyə qəzəblənib. Trampın sözlərinə görə, o, sülh və bu məsələni Rusiya ilə həll etmək istəməyib. İndi Trampın əhvali-ruhiyyəsi dəyişib – neqativlik Moskvaya doğru yönəlib.
“NATO müttəfiqləri də, həmçinin Putinə təzyiqi artırır, Almaniya isə ABŞ və digər müttəfiqləri ilə Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı fəal danışıqlar aparır”, – deyə məqalədə qeyd olunub.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.