Kamboca ilə qarşıdurmada azı 14 hərbçi ölüb. Tailand ölən hərbçilərinin sayını açıqlandı
Kamboca ilə sərhəddəki qarşıdurmada ən azı 14 Tailand hərbçisi həlak olub.
Aztime.az-ın “The Nation” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Tailand Kral Ordusu məlumat yayıb.
“Tailand Kral Ordusu ölkənin suverenliyini qorumaq üçün fədakarlıq göstərmiş hərbçilərin xatirəsini ehtiramla yad edir”, – bəyanatda bildirilir.
Xatırladaq ki, iyulun 23-24-də Tailand-Kamboca sərhədində gərginlik yaranıb, döyüşlər başlayıb, bu hər iki tərəfdə dinc sakinlər də daxil olmaqla ölən və yaralananlarla nəticələnib. İyulun 28-də hər iki ölkə atəşkəs barədə rəsmi razılığa gəliblər.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.