Hidayət Heydərov dünya reytinqindəki birinciliyini itirdi
Azərbaycan cüdoçusu Elcan Hacıyev (90 kq) dünya reytinqində ikinci yerə yüksəlib, Hidayət Heydərov isə beş pillə geriləyib.
Aztime.az xəbər verir ki, dünya çempionatının bürünc mükafatçısı və bu yaxınlarda Universiadada gümüş medal qazanan Hacıyev reytinqdə yalnız yaponiyalı Sanşiro Muraoya uduzur.
Hidayət Heydərov (73 kq) isə reytinqin birinci pilləsini əldən verib. Olimpiya çempionu altıncı yerə geriləyib.
Paris-2024-ün digər qalibi Zelim Kotsoyev (100 kq) hazırda üçüncü mövqedə qərarlaşıb. Zelim Tçkayev (81 kq) isə ikinci yerdədir.
Balabəy Ağayev (60 kq) doqquzuncu, Uşangi Kokauri (+100 kq) onuncu, Ruslan Paşayev (66 kq) isə ilk 16-lıqda yer alıblar.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.