Yasamalın zəbt olunan piyada zolaqları və keçilməz səkiləri – FOTO
Yasamalın zəbt olunan piyada zolaqları və keçilməz səkiləri – FOTO
Yasamal rayonunun bəzi küçələrində səkilər və piyada zolaqlarının qarşısı avtomobil sahibləri tərəfindən zəbt olunub.
Oxu.Az xəbər verir ki, belə küçələrdən biri Məhəmməd Xiyabani küçəsidir.
“Xiyabani küçəsində yolboyu səkiləri maşın ustaları zəbt ediblər. Yol keçməyin təhlükəsini gözə almaqdan bezmişik artıq. Yaşlılarla, uşaqlarla yol keçmək mümkünsüz olub. Gərək mütləq avtomobillərin hərəkət zolağından istifadə edəsən”, – deyə sakinlər bildiriblər.
Piyadaların hərəkətinə mane olan və həyatları üçün təhlükə yaradan daha bir ərazi isə Yasamal parkının qarşısıdır.
Belə ki, yolda piyada zolağı və “Piyada keçidi” nişanı olmasına baxmayaraq, avtomobillər düz zolağın üstündə və ya yaxınlığında park edilir ki, bu da həm yolu keçmək istəyən piyadalar, həm də hərəkətdə olan sürücülər üçün ciddi təhlükə yaradır.
“Neçə dəfə olub ki, həmin ərazidə qəzadan son anda canımızı qurtara bilmişik. Uşaqla keçəndə belə yola baxan yoxdur. Piyada zolağının üstündə park edirlər, nə piyadalar yolun sağ-solunu görə bilmir, nə də hərəkətdə olan sürücülər”, – deyə sakini bildirib.
Xatırladaq ki, nəqliyyat vasitəsini piyada keçidinin üstündə saxlamaq inzibati xəta predmetidir və bu qaydanı pozanlar 20 manat məbləğində cərimə olunurlar.
Fotoları təqdim edirik:
Əzizə İsmayılova