Ermənistanda Rusiya sərhədçiləri ilə bağlı qəti qərar verilməyib
Ermənistan hələlik Rusiya sərhədçilərinin Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədindən çıxarılması məsələsini gündəmə gətirmək fikrində deyil.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan keçirdiyi brifinqdə bildirib.
O, jurnalistin müvafiq sualını cavablandıraraq: “Hazırda belə bir həll yoxdur”, – deyə bildirib.
A.Abazyan əlavə edib ki, Ermənistan sərhədçiləri Türkiyə və İranla dövlət sərhədlərini rusiyalı həmkarları ilə birgə mərhələli şəkildə qoruya bilirlər.