Kimmix Bundesliqanın rekordçusu oldu
Almaniya Bundesliqasının beşinci turu çərçivəsində keçirilmiş “Bavariya” – “Verder” matçı Yoşua Kimmix üçün əlamətdar olub.
Aztime.az-ın Sport24.ru-ya istinadən verdiyi xəbərə görə, münhenlilərin 4:0 hesab ilə qalib gəldikləri oyun Kimmixin karyerasında 218-ci qələbə olub.
O, Bundesliqada keçirdiyi 300 qarşılaşmada 218-ci qələbəyə sevinib. Bununla da Kimmix Bundesliqanın rekordçusu olub.
Daha əvvəl heç bir futbolçu özünün ilk 300 matçında bu qədər qələbə qazanmayıb.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.