Gürcüstan millisinin qapıçısı “Liverpul”a keçdi
İngiltərənin “Liverpul” futbol klubu İspaniyanın “Valensiya” klubundan gürcüstanlı qapıçı Georgi Mamardaşvilinin transferi ilə bağlı razılığa gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə “Liverpul”un mətbuat xidməti məlumat yayıb.
Futbolçu 2025/26 mövsümündən əvvəl komandaya qoşulacaq. Mamardaşvili cari mövsümü “Valensiya”da keçirəcək. Qapıçı ilə müqavilənin şərtləri açıqlanmayıb.
Xatırladaq ki, Mamardaşvilinin 23 yaşı var. O, 2021-ci ildən “Valensiya”da çıxış edir. Qapıçı əvvəllər “Dinamo” və “Lokomotiv Tbilisi”, eləcə də “Rustavi”nin futbolçusu olub. O, “Valensiya”nın heyətində 102 oyun keçirib və 31 oyunda qapısını toxunulmaz saxlaya bilib. Gürcüstan yığmasının tərkibində Mamardaşvili Almaniyada keçirilən 2024-cü il Avropa çempionatında iştirak edib, burada Gürcüstan komandası 1/8 finala yüksəlib və yekunda qalib olan İspaniya millisinə uduzub.