Bərdə sakini: “Həftələrlə işığımız yanmır, baxmırlar” – ŞİKAYƏT
Bərdə rayonu Körpüsındıran kənd sakinləri köhnəlmiş elektrik xətlərinin onların həyatları üçün təhlükəli olduğunu bildirirlər.
Sakinlərin sözlərinə görə, elektrik xətlərinin ağacların budaqları arasından keçməsi bu təhlükəni daha da artırır:
“Yağış yağan zaman, külək əsəndə həftələrlə işığımız yanmır. Elektrik xətləri ağacların arasından keçir, körpə uşaqlarımız var, təhlükəli hadisənin baş verməsindən qorxuruq”.
Məsələ ilə bağlı Körpüsındıran kənd bələdiyyəsinin sədri Vidadi Əsədov bildirib ki, müvafiq qurumlara müraciət edilib, lakin hələ ki, kömək edilməyib.
Ətraflı Baku TV-ni süjetində:
Bərdə sakini: “Həftələrlə işığımız yanmır, baxmırlar” – ŞİKAYƏT
Bərdə sakini: “Həftələrlə işığımız yanmır, baxmırlar” – ŞİKAYƏT