Tailand və Kamboca razılığa gəldilər
Tailand və Kamboca hakimiyyətləri dərhal atəşkəs barədə razılığa gəliblər.
Aztime.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Malayziyanın Baş naziri Ənvər İbrahim danışıqlardan sonra keçirilən mətbuat konfransında məlumat verib.
“Hər iki tərəf dərhal və qeyd-şərtsiz atəşkəs barədə razılığa gəlib”, – deyə o bildirib.
Baş nazirin sözlərinə görə, Tailand və Kamboca arasında atəşkəs iyulun 29-u saat 00:00-da (Bakı vaxtı ilə iyulun 28-i saat 20:00-da) qüvvəyə minəcək.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.