Pakistanda musson yağışları 300-ə yaxın adamın həyatına son qoyub
Pakistanda iyun ayının sonundan etibarən başlayan musson yağışları nəticəsində azı 279 nəfər həyatını itirib, 676 nəfər isə xəsarət alıb.
Aztime.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Pakistan Milli Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Təbii fəlakət nəticəsində 1 500-dən çox bina zədələnib, yüzlərlə insan təxliyə olunmağa məcbur qalıb.
Ən çox insan itkisi və xəsarət alanlar ölkənin şərqindəki Pəncab əyalətində qeydə alınıb – 151 ölü, 536 yaralı.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.