Kəşmirdə şiddətli atışma: Ölənlər var
Hindistan ordusu Cammu və Kəşmir ştatının inzibati mərkəzi olan Şrinaqar şəhərinin yaxınlığında, Daçiqam meşə massivində şiddətli atışma baş verdiyini, nəticədə üç silahlının öldürdüyünü bəyan edib.
Aztime.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə Şrinaqarda yerləşən 15-ci ordu korpusunun mətbuat xidmətindən məlumat verilib.
“Gərgin atışma zamanı 3 terrorçu zərərsizləşdirilib. Əməliyyat davam edir”, – deyə ordunun rəsmi bəyanatında bildirilib.
Silahlıların kimliyi və ya hansısa qruplaşmaya bağlılığı ilə bağlı təfərrüat hələlik açıqlanmayıb.
Kəşmirdə vəziyyət gərgin olaraq qalır, çünki bölgə müntəzəm olaraq Hindistan qüvvələri ilə silahlılar arasında toqquşmaların arenasına çevrilir.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.