Prezident Qarabağ erməniləri üçün şərtləri açıqladı
Aztime xəbər verir ki, dövlət başçısı bu barədə mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə danışıb. Prezident İlham Əliyev Qarabağın istənilən bölgəsində əməliyyat keçirmək üçün hər bir imkanımızın olduğunu deyib. “Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.