Peruda güclü zəlzələ olub
Peruda güclü zəlzələ olub
Peruda 5,3 maqnitudalı zəlzələ olub.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanların episentri əhalisi 310 min nəfər olan Pukalpa şəhərindən 44 kilometr cənub-qərbdə yerləşib.
Zəlzələnin ocağı 151 km dərinlikdə olub.
İnsan itkisi və dağıntı barədə məlumat verilməyib.