“Atalanta” Nikolo Zanyolo ilə bağlı yekun qərarını verib
İtaliyanın “Atalanta” klubu mövsümün əvvəlində “Qalatasaray”dan icarəyə götürdüyü Nikolo Zanyolo ilə bağlı qərarını verib.
Oxu.Az xəbər verir ki, A Seriyası təmsilçisi 25 yaşlı hücumameyilli yarımmüdafiəçinin transfer hüququna yiyələnəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Atlanta” 6.4 milyon avroya icarəyə götürdüyü italyan futbolçunu birdəfəlik transfer edəcək. Onlar bunun üçün “Qalatasaray”a əlavə 15.5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Nikolo Zanyolo “Atalanta”nın heyətində keçirdiyi 17 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.