Türkiyədə zəlzələ oldu
Türkiyənin Çanaqqala vilayətinin Ayvacık vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunur ki, zəlzələnin episentri 9,02 km dərinlikdə yerləşib. Dağıntı və tələfat yoxdur.