Sürücülərin DİQQƏTİNƏ: Parkinq zamanı cərimələnə bilərsiniz
Əlillər üçün ayrılan yerlərdə digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimənin məbləği açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
“Hörmətli sürücülər, bir parklanma məntəqəsində iki nişanın yanaşı olması sizi çaşdırmasın. Bu, qanunla yolveriləndir. Parklanma yerlərinin təşkili zamanı əlilliyi olan şəxslər mütləq qaydada nəzərə alınır. Fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün xüsusi yerlər müvafiq yol nişanları ilə təchiz edilir.
Əlillər üçün ayrılan parklanma yerlərində yalnız əlil avtomobili nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilər. Bu yerlərdə digər nəqliyyat vasitələrinin parklanmasına görə 60 AZN məbləğində cərimə tətbiq edilir”, – məlumatda deyilir.