Emreli “Roma”ya qarşı oynadı
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Kayzserslautern” bu gün yeni mövsümün əsas hazırlıq oyununa çıxıb.
aztime.az xəbər verir ki, , “Betze”də (yerli azarkeşlər stadionlarını belə adlandırırlar) keçiriilən qarşılaşmada Almaniya 2-ci bundesliqa təmsilçisi İtaliyanın “Roma” komandasını qəbul edib.
M.Emreli əsas heyətdə yer alıb.
Fasilədən sonra, 46-cı dəqiqədə “Kayzerslautern”in baş məşqçisi 7 oyunçunu əvəzləyib ki, onlardan da biri M.Emreli olub.
Sözügedən görüş “Roma”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyun “Kayzerslaytern”in 125 illiyinə həsr olunub.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.