Dələduzluğa görə axtarılan doqquz nəfər saxlanılıb
Polis əməkdaşlarının iyulun 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan şəxslər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onların sayı doqquz nəfərdir. Həmin şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər.