İtaliya hakimiyyəti öz vətəndaşlarını Moskvaya getməməyə çağırıb
İtaliya hakimiyyəti öz vətəndaşlarını Moskvaya getməməyə çağırıb
İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani ölkə vətəndaşlarını Moskvaya getməməyə çağırıb.
Onun sözlərinə görə, təxminən yarım milyon italyan Pasxa bayramlarında xaricə səyahət etməyi planlaşdırır.
“Biz həmişə demişik ki, Moskvaya səfərləri təxirə salmaq daha yaxşı olardı və xüsusən də kimsə artıq Moskvadadırsa, insanların çox olduğu yerlərdən qaçınmaq lazımdır. Biz bunu martın 8-dən deyirik”, – deyə nazir bildirib.
Qeyd edək ki, martın 8-də İtaliya XİN Rusiyaya bütün səfərləri təxirə salmağı və Rusiyada olmağın zəruri olub-olmadığını qiymətləndirməyi tövsiyə edib.
Bundan əvvəl Tayani bildirib ki, İtaliya XİN həmvətənlərinə terror aktları təhlükəsi ilə əlaqədar Rusiyaya səfərdən çəkinmələri barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, belə bir təhlükə aşıq-aşkar idi.
Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığında “Crocus City Hall” konsert zalında terror aktı baş verib. “Piknik” qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.
Mənbə: gazeta.ru