Cenevrədə azərbaycanlılar etiraz aksiyası keçirirlər – FOTO/VİDEO
Cenevrədə azərbaycanlılar etiraz aksiyası keçirirlər – FOTO/VİDEO
İsveçrənin Cenevrə şəhərində azərbaycanlılar etiraz aksiyası keçirirlər.
“Report”un yerli bürosu bildirir ki, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə soydaşlarımız Millətlər Təşkilatının Cenevrə ofisinin qarşısına toplaşıblar. Aksiya iştirakçılarının məqsədi Avropa ictimaiyyətinə Ermənistandan Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etməsi üçün çağırışlar səsləndirməkdir. “Mina sahəsi” adlı təlimlər keçirilir və sakinlərə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən minalanmasına dair ətraflı məlumat verən flayerlər paylanılır.
Aksiya erməni təşkilatlarının keçirdikləri ümümavropa aksiyasında yaydıqları yalan məlumatların qarşısını almaq məqsədilə keçirilən silsilə tədbirlərdəndir.