Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lerikdə ağacəkmə aksiyasında iştirak edib
Lerik rayonunda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) könüllülərinin qatıldığı aksiyada 500-dən çox çinar ağacı əkilib.
Monidigah kəndindəki ağacəkmə aksiyası “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə yaşıllıq zolaqlarının artırılması və ətraf mühitin mühafizəsinə daha bir töhfə olub.