Litva Ukrayna üçün “Patriot” komplekslərinin alınmasına 30 milyon avro ayıracaq
Vilnüs Ukrayna üçün ABŞ-nin “Patriot” zenit-raket komplekslərinin alınması üçün 30 milyon avro ayıracaq.
Aztime.az-ın xəbərinə görə, bunu Litvanın müdafiə naziri Dovile Şakaliene BNS agentliyinə Baltikyanı ölkələrin müdafiə nazirlərinin amerikalı həmkarı Pit Heqsetlə görüşündən sonra deyib.
“Bununla biz ABŞ Prezidenti Donald Trampın qərarını tamamilə bölüşdüyümüzə dair strateji mesaj göndəririk”, – deyə o vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Tramp Kiyevə silah və hərbi texnika ötürməyə davam etmək qərarına gəlib. Bununla belə, o, Avropanın bu cür tədarüklərin pulunu verməsi şərtini qoyub.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.