ABŞ Demokratlar Partiyasının reytinqi son 35 ildə rekord həddə düşüb
ABŞ Demokratlar Partiyasının amerikalı seçicilər arasında reytinqi son 35 ildə rekord həddə düşüb.
Aztime.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri öz sorğusuna istinadən məlumat yayıb.
Araşdırmaya görə, sorğuda iştirak edən seçicilərin 63%-nin Demokratlar Partiyasına münasibəti mənfidir. Respondentlərin 33%-i isə partiyaya müsbət yanaşır.
Sorğu iyulun 16-dan 20-dək 1 500 amerikalı seçici arasında aparılıb.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.